"Neftçi"də ikinci Samir Abasov dönəmi başlayıb.
Mütəxəssis artıq komandada bir sıra islahatlar keçirib. Bunlardan biri də qalmaqallı kapitanlıq mövzusudur.
Apasport.az saytına daxil olan məlumata görə, kapitanlıq sarğısı Ramil Şeydayevdən alınacaq.
Lakin yeni kapitan Emin Mahmudov olmayacaq. Klub rəhbərliyi ilə məsləhətləşən Abasov komandadaxili münaqişəni sonlandırmaq üçün bu futbolçuların heç birinə üstünlük verməməyi qərara alıb.
Əvəzində isə bazubəndin Yuri Matias və ya Robert Bauerə veriləcəyi bildirilir. Liderlik keyfiyyətlərinə malik müdafiəçilərdən biri komandanın yeni kapitanı olmağa ən real namizəddir.
Qeyd edək ki, Samir Abasovun "Neftçi"dəki ilk dönəmində kapitan Emin Mahmudov idi.
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO
- "Qarabağ"ın baş məşqçisi beş oyunluq cəzalanıb
- "Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"