Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Ramil Şeydayevin “Serik Belediyyespor”a mümkün keçidi barədə daha öncə xəbər vermişdik.
Belə ki, klubun əsas səhmlərinə sahib çıxan Tufan Sadıqov Şeydayevin komandaya cəlb edilməsini istəyib.
Apasport.az saytına verilən məlumata görə, o, yüksək maaş tələb etdiyindən Türkiyə klubu ilə ilkin danışıqlar müsbət yekunlaşmayıb.
Türkiyə 1-ci liqasında mübarizə aparan klub Şeydayevi razı salmaq üçün 2-ci təklifi irəli sürməyəcək. Məsələ burasındadır ki, “Neftçi”nin futbolçusunun maaşı “Serik Belediyyespor”un ehtimal etdiyindən daha da yüksək olub.
Qeyd edək ki, 29 yaşlı forvard 2024-cü il iyulun 16-da "Neftçi" ilə 3 illik müqavilə imzalayıb. O, karyerası ərzində "Zenit", "Trabzonspor", "Rubin", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo" (Moskva), "Sabah", "Buriram Yunayted", "Kocaelispor" klublarında oynayıb.
- 14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor
- Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
- Azərbaycan Kuboku: II təsnifat mərhələsinin təyinatları açıqlanıb
- "Zirə"nin futbolçusu Premyer Liqada 100-cü matçını keçirib
- "Kəpəz" öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb