"Neftçi"də son durum
03.02.2024 - 13:38
"Neftçi"də son durum

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”la keçiriləcək matçdan əvvəl "Neftçi"nin son durumu açıqlanıb.

Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

“Neftçi”nin qolkiperi İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır. Asiya kobokunda milli komandası ilə çıxışını başa vuran Ataa Caber müalicə keçir", - deyə bildirilib. 

Qeyd edək ki, ötən turda sarı vərəqə alaraq cəzalı duruma düşən Azər Salahlı bu matçı buraxacaq.

0