“Neftçi” Konfrans Liqasının “Beşiktaş”la oyunu ərəfəsində azarkeşlərinə müraciət edib.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Müraciət III təsnifat mərhələsinin İstanbuldakı matçında komandanı dəstəkləmək istəyən azarkeşlərə ünvanlanıb. Bildirilir ki, bu qarşılaşmada “Neftçi”ni dəstəkləmək istəyən azarkeşlər oyunu qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunada izləyə biləcəklər. Həmin sektora bilet əldə etmək istəyən azarkeşlər “Neftçi” PFK-ya müraciət etməlidir.
Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu avqustun 17-də “Beşiktaş” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
- PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
- “Sumqayıt”ın qış hazırlıq planı bəlli olub
- “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb
- “Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı
- "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb