“Neftçi”dən qovulan futbolçudan 4 illik müqavilə
28.07.2023 - 17:44
“Neftçi”dən qovulan futbolçudan 4 illik müqavilə

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya “Partizan”a keçib.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya klubunun mətbuat xidməti açıqlayıb.

24 yaşlı braziliyalı hücumçu Belqrad təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. O, 2027-ci ilədək bu klubda forma geyinəcək.

Saldanya məhz “Partizan”la danışıqlar apardığı üçün “Neftçi”dən qovulub. Cənubi amerikalının yeni komandası konfrans Liqasında “Sabah”ın mümkün rəqibi olduğundan Mateus yaxın müddətdə ölkəmizə rəqib kimi gələ bilər.

Qeyd edək ki, Saldanya Azərbaycan Premyer Liqasında keçirdiyi 17 oyunda 5 qol vurub.

0