
“Neftçi” Misli Premyer Liqasının 14-cü turunda qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, noyabrın 17-dəki bir günlük istirahətdən sonra məşqləri bərpa edən “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb.
Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçən hazırlıq prosesində əsas və U-19 milli komandalarımızın düşərgəsində olan futbolçular – Ramil Şeydayev, Rza Cəfərov və Murad Məmmədov, həmçinin millinin məşqində zədələnən Emin Mahmudov, eləcə də Sent Martin və Monteneqro yığmalarına dəvət alan Kilan Lebon və Edvin Kuç iştirak etməyiblər.
Qeyd edək ki, noyabrın 23-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçı saat 19:00-da başlanacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL