“Neftçi”nin baş icraçı direktoru Bəxtiyar Musayevi təbrik etdi
04.08.2023 - 17:59
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Bəxtiyar Musayevi 50 illik yubileyi münasibətilə təbrik edib.
Apasport.az saytının məlumatına görə, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Bəxtiyar Musayev 1991-1996, 1998-2002, 2005-2006-cı illər ərzində “Neftçi”nin heyətində 218 oyun keçirib, 33 qol vurub. “Ağ-qaralar”la Azərbaycan çempionatının (1992), kubokunun (1995, 1999) və Superkubokunun (1993, 1999) qalibi olmuş Musayev “Neftçi”də seleksiyaçı məşqçi vəzifəsində də çalışıb.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0