"Neftçi"nin ikincilik şansı
28.01.2024 - 11:59
"Neftçi"nin ikincilik şansı

Azərbaycan Premyer Liqasında turun son oyunu “Neftçi Arena”da oynanılacaq.

Apasport.az xəbər verir ki, saat 17:30-da başlayacaq matçın baş hakimi İnqilab Məmmədovdur.

Hazırda turnir cədvəlinin 4-cü pilləsində yer alan “ağ-qaralar” bu matçda qalib gələcəyi halda ikinci sıraya yüksələ bilər. 
Uğursuz mövsüm keçirən bölgə təmsilçisi isə xal və ya xallar qazanaraq sonuncu sıradan qurtulmaq şansını qorumağa çalışacaq. 
Qarşıalşamanı stadiondan izləyə bilməyən futbolsevərlərin diqqətinə çatdıraq ki, CBC Sport oyunu canlı olaraq sizlərə təqdim edəcək.

Azərbaycan Premyer Liqası
XX tur
28 yanvar (bazar)
17:30. “Neftçi”– “Qəbələ”
Baş hakim: İnqilab Məmmədov
“Neftçi Arena”

0