"Neftçi"nin legioneri media nümayəndələri ilə görüşəcək
28.02.2024 - 14:17
"Neftçi"nin legioneri media nümayəndələri ilə görüşəcək

"Neftçi" Kilan Lebonun iştirakı ilə mətbuat konfransı təşkil edəcək. 

Apasport.az xəbər verir ki, fevralın 29-u saat 14:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, 2023-cü ilin yanvarında “Neftçi”yə transfer olunmuş Lebon bunadək Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib. O, Sent Martin milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

"Neftçi" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Prinsipial matç martın 3-də keçiriləcək.

0