“Neftçi”nin mümkün rəqibi dəqiqləşdi
24.07.2023 - 16:19
“Neftçi”nin mümkün rəqibi dəqiqləşdi

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, püşkatmada Azərbaycan təmsilçilərinin mümkün rəqibləri bəlli olub.

II təsnifat mərhələsində “Jelezniçar”la (Bosniya və Herseqovina) görüşəcək “Neftçi” turu keçsə, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakılılar III təsnifat mərhələsində oynasa, ilk matçı səfərdə keçirəcək.

“Omoniya” (Kipr) ilə qarşılaşacaq “Qəbələ”nin mümkün rəqibi “Midtulland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibi olub. Təmsilçimiz mərhələ adlasa, ilk oyunu evdə keçirəcək. 

RFŞ-ə (Latviya) rəqib olan “Sabah” mərhələ adlasa, “Partizan”la  (Serbiya) görüşəcək. Paytaxt təmsilçisi növbəti mərhələni evdə başlaya bilər.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 10-da və 17-də təşkil olunacaq. Bunadək keçiriləcək II təsnifat mərhələsinin matçları iyulun 27-də və avqustun 3-də baş tutacaq.

0