“Neftçi”nin oyununda eston hakimlər
21.07.2023 - 16:13
“Neftçi”nin oyununda eston hakimlər

“Neftçi”nin 2023/24 mövsümündəki ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının II təsnifat mərhələsinin "Jelezniçar"la Bosniya və Herseqovinada keçiriləcək matçını estoniyalı ədalət təmsilçiləri idarə edəcək.

İyulun 27-dəki qarşılaşmada Yuri Frişer baş hakim olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək edəcək. Kevin Kayvoya dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, görüş "Qrbavitsa” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

0