“Neftçi”nin Rusiyadakı turnirdə iştirakı sual altına düşdü
24.06.2023 - 13:44
“Neftçi”nin Rusiyadakı turnirdə iştirakı sual altına düşdü

“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Matç Tv” kubokunda iştirakı sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlayıb.

Rusiya mətbuatına açıqlama verən klub rəsmisi bildirib ki, “ağ-qaralar” siyasi məsələlər üzündən turnirdə iştirak edəcəyi dəqiqləşməyib: “Biz hələ turnirdə oynayıb-oynamayacağımızı bilmirik. Yaxın günlərdə təşkilatçılarla daşışacağıq. Bundan sonra yekun qərar verəcəyik”.

Qeyd edək ki, turnirdə “Neftçi”, “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” mübarizə aparacaq.
 

0