“Neftçi”nin sağ cinah planı - Danışıqlar başladı
12.04.2025 - 17:27
“Neftçi” yay transfer çalışmalarına indidən start verib.
Klub heyətdəki futbolçularla bağlı qərarlaşdırma aparır.
Mövsümün sonunda müqaviləsi bitəcək oyunçulardan biri də Ervin Koffidir.
Apasport.az saytına verilən məlumata görə, baş məşqçi Samir Abasov futbolçunun çıxışını bəyənir.
Mütəxəssis Koffinin komandada qalması niyyətindədir. O, bu barədə rəhbərliklə də danışıb.
Tərəflərin yayda yeni müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, fransalı sağ cinah müdafiəçisi 2023-cü ildən “Neftçi”də çıxış edir.
- “Şirvan” və “Qaradağ Lökbatan”dan qələbə
- Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri bəlli olub
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
- Əvəzedicilər Liqası: IX turun təyinatları bəlli olub
- Rauf Əliyev "Vikinq"in təhlükəli tərəfini açıqladı: "Bu bizə çətinlik yarada bilər"
1
1