“Neftçi”nin stadionun adı dəyişdirildi
04.08.2023 - 15:23
“Neftçi”nin stadionun adı dəyişdirildi

“Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km stadionu – “Bakcell Arena”nın adı rəsmi olaraq dəyişdirilib.

Bu barədə apasport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, stadion bundan sonra “Neftçi Arena” adlandırılacaq.

Qeyd edək ki, 2012-ci il sentyabrın 14-də açılışı olan və 11000 azarkeş tutumuna malik stadionda qısa müddətdə demontaj və montaj işləri aparılacaq.

0