“Neftçi”nin üzvü Monteneqro millisinə dəvət alıb
12.03.2025 - 18:38
“Neftçi”nin üzvü Monteneqro millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Edvin Kuç Monteneqro milli komandasına dəvət alıb. 

Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.