"Neftçi"nin zədəlilərindən xəbər var
25.01.2024 - 14:27
"Neftçi"nin zədəlilərindən xəbər var

"Neftçi"nin bəzi futbolçuları Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ” ilə keçiriləcək matçı buraxacaqlar.  

Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib. 

Bir müddətdir zədəli olan Qara Qarayev komanda ilə məşqləri keçirdiyi halda, Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarını davam etdirir. Müalicə prosesini davam etdirən Kilan Lebon isə fərdi məşqlərlə kifayətlənir.

Ataa Caber isə Asiya kubokunun oyunları ilə bağlı milli komandasının toplanışındadır.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” görüşü yanvarın 28-də “Neftçi Arena”da baş tutacaq.

0