"Deyilənə görə, məşq zamanı Nəriman Abbasovun rəqibinin qabırğası əzilib".
Bunu apasport.az-a Azərbaycanın MMA idmançısı Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov deyib.
Nəriman Abbasovun martın 18-də "Naiza Fighting Championship" turnirində qazaxıstanlı Fanil Rafikovla keçirməli olduğu döyüş baş tutmayacaq. Buna səbəb Rafikovun zədələnməsidir.
Bununla belə, Nəriman Abbasov martın 18-də döyüşsüz qalmayacaq. Bu barədə onun məşqçisi danışıb: "Mən artıq təşkilatçılarla əlaqə saxlamışam. Çünki biz işimizi bilməliyik. Artıq Nəriman əziyyət çəkərək çəki salıb. Təşkilatçılar bildirdilər ki, martın 18-də Nərimanın rəqibi əcnəbi idmançı salınacaq. Tezliklə, onun yeni rəqibi müəyyənləşməlidir".
Qeyd edək ki, bu döyüş Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Səbuhi Musa
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək