Nəriman Axundzadə debüt etdi
21.03.2026 - 23:08
Nəriman Axundzadə debüt etdi

MLS-də V turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Nəriman Axundzadənin şərəfini qoruduğu "Kolambus Kru" da növbəti matçına çıxıb.

Komanda "Toronto"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1  hesablı qələbəsi ilə bitib.

Nəriman Axundzadə 88-ci dəqiqədə meydana daxil olub. Bu, onun yeni klubunda debütü ilə yadda qalıb.

Qeyd edək ki, 5 turdan sonra 3 xal toplayan "Kolambus Kru" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.