Nermin Başiç: “Seriyanı davam etdirmək istəyirik”
28.07.2023 - 01:41
Nermin Başiç: “Seriyanı davam etdirmək istəyirik”

“Son dəqiqələrdə buraxılan qol bizi çox məyus etdi”.

Apasport.az saytı xəbər verir ki, bunu “Jelezniçar”ın baş məşqçisi Nermn Başiç deyib.

Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə keçirilən ilk oyunundan sonra mətbuat konfransında  Başiç komandasınin çıxışı qiymətləndirib. “Müdafiədə oynamağı bacarmalısan. Avropa kuboklarında bu çox önəmlidir. Rəqibə çox şans vermədik və yaxşı müdafiə olunduq. Göstərdikləri oyuna görə futbolçulara təşəkkür edirəm”.

Baş məşqçi Avropa kuboklarında keçirdikləri hər üç oyunda uduzmadıqlarını qeyd edib. O, bu uğurun cavab matçında da davam edəcəyinə inandığını deyib: “Heyətlə bağlı çatışmazlıqlar var idi. Avropda heç bir oyunda uduzmamışıq. “Neftçi” kimi rəqiblə oyunda bu seriya davam etdi. Bu amil bizi sevindirir. Cavab oyunda da uğurlu seriyanı davam etdirmək istəyirik. Bunun üçün tam motivasiya olacağıq”.

Qeyd edək ki, “Jelezniçar” - “Neftçi” matçı 2:2 hesabı ilə başa çatıb.
 

0