Braziliyanın “Santos” klubu yeni transferi Neymarı ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu təqdimat mərasimi zamanı emosional anlar yaşayıb. Yetirməsi olduğu klubun azarkeşləri önünə çıxan braziliyalı hücumçu göz yaşlarını saxlaya bilməyib.
Tədbir zamanı stadion tam olaraq dolub. Tribunalara toplaşan fanatlar futbolçunun adını qışqıraraq, onun qayıdışını böyük coşqu ilə qeyd ediblər.
Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə "Santos"un əsas komandasında çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə ilə yadda qalıb. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan transfer olunan hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.