Nigeriyalı yarımmüdafiəçi “Qəbələ”də
23.06.2023 - 22:44
Nigeriyalı yarımmüdafiəçi “Qəbələ”də

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. 

Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” Ahmed Ayzaya heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm Misli Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

0