Olimpiadanın qaliblərinə 50 min dollar veriləcək
10.04.2024 - 17:54
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) Paris-2024 Yay Olimpiya Oyunlarının qaliblərinə pul mükafatı ayıracağını açıqlayan ilk qurum olub.
Apasport.az xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fransanın paytaxtında təşkil olunacaq olimpiadanın qızıl mükafatçıları 50 min dollar əldə edəcəklər. Qərara əsasən, 2028-ci ildəki olimpiadada bütün medalçılar mükafat alacaqlar.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0