“Olimpiya” – “Qarabağ” oyunlarının vaxtı və hakimləri açıqlandı
18.08.2023 - 12:26
“Olimpiya” – “Qarabağ” oyunlarının vaxtı və hakimləri açıqlandı

“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı və hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Sloveniya “Olimpiya”sı ilə ilk matç avqustun 24-də Lyublyananın “Stojitse” stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı bolqarıstanlı Georgi Kabakov idarə edəcək.

Ona həmyerliləri Martin Margaritov və Diyan Valkov kömək edəcək. Dördüncü hakim funksiyasını Radoslav Gidzhenov yerinə yetirəcək.

Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Bakıdakı qarşılaşmanı ispaniyalı ədalət təmsilçiləri idarə edəcək. Baş hakim Alexandro Hernandezin köməkçiləri Xose Naranjo və Dieqo Sançez Roxo olacaq. Matça təyinat alan dördüncü hakim isə Alexandro Muniz Ruizdir.

0