
“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib.
“Səbail”lə səfər görüşündə (2:2) dubla imza atan futbolçu öncə 25-ci, ardınca 26-cı qolunu vurub. O, çempionatda keçirdiyi 144-cü matçda 25 qol həddini keçib.
Əliyev bu qolları üç klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib. Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudur.
- “Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb
- Millimiz Belarusla bacarmadı
- Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”