Orxan Məmmədov: "Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifə açılır"
21.05.2024 - 17:47
Orxan Məmmədov: "Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifə açılır"

"Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifəni açıq elan edirik. Böyük turnirlərin keçirilməsi gözəl payaxtımız üçün yenilikdir. Amma bizim gənc federasiyamız üçün vacibdir".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib:

"16 il öncə minifutbol həvəskarları paytaxtda futbol meydançaları qurmağa başladıq. Xüsusən də, sahibkarlar buna maraq göstərir. Artıq 6 il keçib və bu gün ancaq Bakıda 40-a yaxın minifutbol meydançası fəaliyyət göstərir. Həmin stadionda 150 mindən çox idmançıya xidmət göstərilir. Bu gün minifutbol tanınmış və sevilən idman növünə çevrilib. Bu illərdə yol qət edərək, minifutbolu futbolsevərlər arasında sevdirməyi bacarmışıq. Həvəskar futbola peşəkar yanaşmaq var. Artıq zaman keçdikcə görürük ki, bu məsələyə daha peşəkar yanaşmaq lazımdı".

O, indiyə qədər federasiyaya dəstək olanlara təşəkkür edib: "2017-ci ildə federasiya təsis edildi. Gənc federasiya idik və o zaman xüsusi dəstəyə ehtiyacımız var idi. Öz dövlətimizə müraciət edərək, bu dəstəyi aldıq. Gənclər və İdman nazilriyinə təşəkkür edirəm. Hələ 2017-ci ildə biz təsis olunanda mərhum Azad Rəhimova müraciət etmişdik və bizə dəstək göstərdi. Bu gün də gənc nazirimiz Fərid bəy hər birimizə dəstəkdir. Ona xüsusi təşəkkür edirəm. AFFA-ya da təşəkkür edirik ki, bizləri yaddan çıxarmır. Bu gün federasiyamız uğurlu şəkildə minifutbol üzrə Azərbaycan çempionatını da təşkil edir, xüsusi peşəkarlıqla təşkil edilir. Komandalarımız beynəlxalq turnirlərdə də iştirak edir. Ən böyük nailiyyətimiz 2022-ci ildə Avropa çempionu olmağımızdır. Həmin çempionatda millimiz gənc tarixində ən böyük nəticəni əldə etmişdi. Dünya çempionatında da 4-cü yeri tutduq. Bu nəticələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və minifutbola dəstək olunub. Ölkə rəhbəri tərəfindən hər idmana olduğu kimi, minifutbola da dəstək var. Cənab prezident İlham Əliyev bizi Avropa çempionatından sonra qəbul etdi. Maliyyə dəstəyi göstərdi".

Orxan Məmmədov öz təcrübələrini dünya federasiyaları ilə bölüşməyə hazır olduqlarını vurğulayıb: "Bu məqsədlə 2025-ci il dünya kubokunun Bakıda keçirilməsi üçün dünya federasiyasına müraciət etmişik. Dünya Minifutbol Federasiyası və xüsusilə, hörmətli  prezidenti Filip Juda ilə münasibətimiz yaxşıdır. O, dəfələrlə Azərbaycanda olub, turnirlərimizdə iştirak edib. Hətta başqa turnirlərdə də onu ölkəmizə dəvət etmişdik. Onlar özləri öz gözləri ilə Azərbaycanın inkişafını, ölkəmizin tədbirləri necə yüksək səviyyədə keçirdiyimizi gördülər. Beynəlxalq tələblərə cavab verən arenalarımız var. Əminik ki, böyük turnilər üçün federasiya kimi hazırıq. Federasiyamız DMF tərəfindən ölkəmizə gösətrilən dəstəəy görə təşəkkür edirik. Əminik ki, işbirliyimiz uzun müddət davam edəcək, federasiya olaraq yeni uğurlar əldə edəcəyik. Hər birinizə təşəkkür edirəm".

0