"Minifutbol üzrə dünya çempionatının Azərbaycanda təşkili idmanımız üçün böyük əhəmiyyət kəsb edir".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlaması zamanı deyib.
O, mundialda Azərbaycan millisinin şanslarını dəyərləndirib:
"Maraqlı qrupa düşmüşük. Ümid edirəm ki, ev sahibi komanda olaraq azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirəcəyik. Hər birimiz yığmamıza inanırıq. Bütün kollektivlərə uğurlar arzu edirəm".
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
- "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb
- Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb