Ozan Can Kökçü 3 dəqiqəyə fərqləndi
19.02.2025 - 11:32

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü HİK klubunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, o, Finlandiya Kubokunda KTP ilə görüşdə şans qazanıb.
Ozan komandasının 4:0 hesablı qələbə qazandığı oyunda sonuncu qolun müəllifi olub. Yarımmüdafiəçi 72-ci dəqiqədə meydana daxil olub və 3 dəqiqə sonra fərqlənib.
Qeyd edək ki, HİK 5 turdan sonra 12 xalla liderdir.
0
0