Ozobiç “Neftçi”də
30.06.2023 - 12:13
Ozobiç “Neftçi”də

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

“Ağ-qaralar” milli komandamızın daha bir üzvünü transfer edib. Xorvatiya əsilli Filip Ozobiçlə 2 illik müqavilə bağlanıb. 32 yaşlı yarımmüdafiəçi komandada 10 nömrəli formanı geyinəcək.

Rusiyada “Spartak” (Moskva; 2010-2013), Xorvatiyada “Hayduk” (Split; 2012-2013) və “Slaven” (Belupo; 2013-2016) klublarında çıxış etmiş Ozobiç ölkəmizdə “Qəbələ” (2016-2018) və “Qarabağ”da (2018-2023) forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019, 2020, 2022, 2023) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb.

Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Filip 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.

Qeyd edək ki, “Neftçi” bunadək Emil Balayevi heyətinə qatıb.
 

0