Panadero “Qarabağ”da qalacaq
21.08.2023 - 15:58
Panadero “Qarabağ”da qalacaq

“Qarabağ”ın futbolçusu Qaspar Panadero Ağdam klubunda qalacaq.

Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu özünə komanda tapa bilməyib.

Klub rəhbərliyi ona yeni komanda tapılması ilə bağlı tapşırıq verib. Yarımmüdafiəçi də meneceri ilə bunun üzərində çalışıb. 

Lakin Qaspar yenə də özünə komanda tapa bilməyib. O, bununla bağlı “Qarabağ” rəhbərliyini məlumatlandırıb. 

Bununla da Panaderonun yeni mövsümdə də “Qarabağ”da olacağı dəqiqləşib. 25 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. 

Qeyd edək ki, legioner 2021-ci ildə “Kadis”dən Ağdam klubuna keçib.
 

0