Papu uğrunda mübarizə - "Zirə" buraxmaq istəmir, amma...
30.01.2025 - 15:43
“Zirə” legioneri Giorgi Papunaşviliyə yeni müqavilə təklif edib.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi 29 yaşlı futbolçunun müqavilə müddətini 1 illik artırmaq istəyir. Amma hələ ki, tərəflər arasında konkret razılıq olmayıb.
Məsələ burasındadır ki, Papunaşviliyə bir neçə klubdan təklif var. Onu Yunanıstan və Türkiyə klubları yaxından izləyir.
Gürcü futbolçunun “Zirə” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Papu komandaya 2024-cü il avqustun 3-də keçib.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
1