Pavar məşqə çıxmaqdan imtina etdi
27.08.2023 - 00:18
Pavar məşqə çıxmaqdan imtina etdi

“Bavariya” ilə Benjamin Pavar arasındakı münasibətlər gərginləşməkdədir.

Apasport.az-ın məlumatına görə, futbolçu komandanın məşqlərində iştirak etmir.

Fransalı müdafiəçinin “İnter”lə razılıq əldə etməsi xəbərləri çoxdan yayılıb. Pavar “Bavariya”da qalmaq istəmədiyini açıq şəkildə bildirib. Amma Münhen klubu, 27 yaşlı futbolçu ilə bağlı yekun qərar verməyib. Onun səhhəti ilə bağlı məşqlərdə iştirak etmədiyi bildirilsə, əsas səbəb başqadır. 

Qeyd edək ki, Pavar klub rəhbərliyinə transferlə bağlı müraciət edib. “Bavariya”nın baş məşqçisi Tomas Tuhel fransalı müdafiəçiyə əvəzedici axtarıldığını vurğulayıb.
 

0