PFL iki oyunun vaxtını dəyişdi
08.08.2023 - 17:48
PFL iki oyunun vaxtını dəyişdi

Misli Premyer Liqasında iki oyunun vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı PFL verib.

Təşkilati işlərlə əlaqədar olaraq Misli Premyer Liqasının 2-ci turunun 12 avqust tarixinə təyin olunmuş oyunlarının başlanma vaxtları dəyişdirilib. Belə ki, "Araz Naxçıvan" - "Qəbələ" oyunu 18:30, "Zirə" - "Kəpəz" görüşü isə 21:00-da başlanacaq.
 

0