Futbolun kütləviliyinin artırılmasını, dünyada bir nömrəli idman növünün daha geniş auditoriyaya çatdırılmasını və yayım keyfiyyətinin yüksəldilməsini hər zaman prioritet vəzifə hesab edən AFFA Azərbaycan Premyer Liqası oyunlarının iki telenakalda yayımlanacağını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə ölkənin ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı "CBC Sport" və ölkənin ilk idman telekanalı olan "İdman TV" rəhbərliyi ilə müzakirələr aparıb.
Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir qarşılaşma "CBC Sport"la paralel olaraq "İdman TV" vasitəsilə də canlı yayımlansın. Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək "Qarabağ" – "Sabah" matçı olması nəzərdə tutulur.
Danışıqların uğurla yekunlaşmasını və hər iki telekanalın məsələyə göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirən AFFA rəhbərliyi həmkar tərəfdaşlarına təşəkkür edib.
- "Şəfa"dan transfer – Kanadalı vinger Bakı klubunda
- Vernidubdan iddialı açıqlama – "Həm liqada, həm avrokubokda..."
- Emin Mahmudovdan mesaj – "Dinamo"nu keçib yolumuza davam etməliyik
- "Qəbələ"dən nigeriyalı transfer – Meşakla müqavilə imzalandı
- "Karvan-Yevlax"dan transfer – Təcrübəli qapıçı ilə 1 illik müqavilə