Misli Premyer Liqasının 2023/24 mövsümünə iki quru hesablı qələbə ilə başlayan “Zirə” tarixində ilk dəfə belə uğura imza atıb.
Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri ilk turda “Qarabağ”, ardınca “Kəpəz”i eyni – 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qəsəbə klubu ölkə çempionatları tarixinə startda iki quru hesablı qələbə qazanan 18-ci komanda kimi düşüb. Bu, texniki nəticələr nəzərə alınmamaqla ümumilikdə 29-cu belə startdır.
“Neftçi” hamıdan çox – 5 mövsümdə ilk iki oyunda qol buraxmadan qalib gəlib. “Qarabağ” 4, “Bakı” 3, Sumqayıt “Xəzər”i və “Xəzər Lənkəran” hərəyə 2, digər komandalar isə bir mövsümdə belə uğurlu starta imza atıb.
Qeyd edək ki, cari mövsümdə daha bir komanda eyni göstəricini təkrarlaya bilər. İlk turda quru hesabla qələbə qazanan “Sabah”ın görüşü təxirə salındığı üçün bakılılar ikinci oyununa III turda çıxacaq.
- PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
- “Sumqayıt”ın qış hazırlıq planı bəlli olub
- “Sumqayıt” – “Sabah” matçının biletləri satışa çıxarılıb
- “Zaqatala” evdə uduzdu, “Baku Sportinq” səfərdə qazandı
- "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb