Premyer Liqada ilk turun oyun cədvəli açıqlandı
26.07.2023 - 14:47
Premyer Liqada ilk turun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün I turunun oyun cədvəli müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

İlk turun matçları üç günü əhatə edəcək. Çempionata Tovuzda start veriləcək. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə 31 iyul tarixdə Tovuz şəhər stadionu və Gəncə şəhər stadionuna yekun baxış keçiriləcək.

Azərbaycan Premyer Liqası
I tur
4 avqust (cümə)
“Turan Tovuz” – “Araz-Naxçıvan”

Tovuz şəhər stadionu, 17:00

5 avqust (şənbə)
“Səbail” – “Sumqayıt”

“ASCO Arena”, 18:30

“Qarabağ” – “Zirə”
“Azersun Arena”, 21:00

6 avqust (bazar)
“Kəpəz” – “Neftçi”

Gəncə şəhər stadionu, 17:00

“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 20:00
 

0