Premyer Liqada məhsuldar start
07.08.2023 - 11:34
Premyer Liqada məhsuldar start

Misli Premyer Liqasının 2023/24 mövsümü məhsuldar başlayıb. 

Apasport.az saytının məlumatına görə, I turun 5 oyununda 15 qol qeydə alınıb.

“Səbail” – “Sumqayıt” (1:4) və “Sabah” – “Qəbələ” (5:0) görüşlərinin hərəsində 5, “Araz-Naxçıvan” – “Turan Tovuz” (0:3) matçında 3, “Qarabağ” – “Zirə” (0:1) və “Kəpəz” – “Neftçi” (1:0) oyunlarında 1 top vurulub.

İlk turda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, son 6 mövsüm üçün ən məhsuldar startdır. Daha yüksək göstərici sonuncu dəfə 2017/18 mövsümündə qeydə alınıb. Orta məhsuldarlığın 3,25 olduğu ilk turun 4 matçında 13 qol vurulub.
 

0