Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, bunu PFL açıqlayıb.
II turun “Sumqayıt” – “Sabah” matçı təxirə salınıb. Bu, qonaqların müraciəti əsasında gerçəkləşib.
"Sabah” Peşəkar Futbol Liqasına və “Sumqayıt”a müraciət edib. Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən Bakı təmsilçisi Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmasını əsas gətirib.
Bakılılar bu məqsədlə Misli Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib. “Sabah”ın rəsmi müraciətini, “Sumqayıt”ın razılıq məktubunu əsas götürən PFL ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutub. Bu üzdən Misli Premyer Liqasının 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyununu təxirə salır. Görüşün yeni tarixi dəqiqləşməyib. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları qüvvədə qalır.
Qeyd edək ki, digər avrokubok təmsilçilərimizdən PFL-ə oxşar müraciət daxil olmayıb.
- Şahruddin Məhəmmədəliyev: "Milli onsuzda hər zaman yüksək təzyiq altında oynayır" - Müsahibə
- Rasim Ramaldanov: "Bu gün Estoniyanı mütləq xalsız evə yola salmalıyıq" - Müsahibə
- Millimiz İrlandiyaya qarşı - YENİLƏNİR
- Əliyar Ağayev A Liqasının oyununda
- Millətlər Liqası: Azərbaycan Estoniyaya qarşı - YENİLƏNİR