Premyer Liqamızda “100”ü keçənlər - SİYAHI
01.07.2023 - 16:24
Premyer Liqamızda “100”ü keçənlər - SİYAHI

Azərbaycan çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının 2022/2023 mövsümündən sonra “Top-10”u dəyişməz qalıb. 

Yalnız 100 və daha çox qol vuranların yer aldığı “onluğ”a yaxınlaşan da olmayıb. Mövsüm ərzində meydana çıxanlardan Rauf Əliyev 63, Filip Ozobiç 51 dəfə fərqlənib. 

Mütləq rekordçu Nazim Əliyev isə 183 qola imza atıb. Onun kimi “Top-10”dakı digər futbolçular da karyerasını başa vurub.

1    Nazim Əliyev    183
2    Müşfiq Hüseynov    125
3    Rövşən Əhmədov    116
4-5    Qurban Qurbanov    115
     Samir Ələkbərov    115
6    Alay Bəhramov    108
7    Nadir Nəbiyev    103
8-9    Xaqani Məmmədov    102
     Vadim Vasilyev    102
10    Kənan Kərimov    101

0