Azərbaycan teakvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən Asia regionu üzrə beynəlxalq Prezident kubokunda qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
58 kq çəkidə mübarizə aparan idmançı bütün döyüşlərini qələbə ilə başa vurub.
O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi olan cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada təlim-məşq toplanışının ardınca burada Prezident kubokuna qatılıblar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib