Qadın güləş millimiz Avropa çempionatında 5-ci oldu
17.03.2023 - 22:51
Qadın güləş millimiz Avropa çempionatında 5-ci oldu

Azərbaycanın qadın güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatını 3 medalla başa vurub.

Apasport.az-ın məlumatına görə, son gündə 65 kq-da mübarizə aparan Birgül Soltanova həlledici qarşılaşmada rumıniyalı Amina Kapezanla qüvvəsini sınayıb. Rəqibinə 5:6 hesabı ilə uduzan Soltanova gümüş medalla kifayətlənib.

Jalə Əliyeva (57 kq) isə italiyalı Aurora Russoya 6:2 qalib gələrək bürünc medal qazanıb.

Dünən isə Elnurə Məmmədova (55 kq) Avropa 3-cüsü olmağı bacarmışdı. Beləliklə, yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycanın qadın güləş millisi 78 xalla Avropanın 5-cisi olub. Ukrayna 159 xalla 1-ci, Türkiyə 129 xalla 2-ci və meydan sahibi Rumıniya 123 xalla 3-cü yeri tutub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşi üzrə millimiz 3 qızıl və 1 gümüş medal qazanmasına baxmayaraq, 123 xalla yalnız 4-cü olmağı bacarmışdı.

 

0