"Qalatasaray" rəsmisi "Səbail" - "Qarabağ" oyununu izləyib - FOTO
03.02.2024 - 16:59
"Qalatasaray" rəsmisi "Səbail" - "Qarabağ" oyununu izləyib - FOTO

“Qalatasaray”ın idman direktoru Cenk Ergün Bakıda səfərdədir.

Apasport.az-ın məlumatına görə, "sarı-qırmızılar"ın rəsmisi Azərbaycan Premyer Liqasının 21-ci turunun “Səbail” – “Qarabağ” (1:2) matçını stadiondan izləyib.

“ASCO Arena”da baş tutan matçı tribunadan seyr edən idman direktorunun "köhlən atlar"ın bir neçə oyunçusunu izlədiyi məlum olub. 

 

 

0