“Qarabağ” 10-cu dəfə qrupda
17.08.2023 - 21:59
“Qarabağ” 10-cu dəfə qrupda

“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində oynayacaq.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsində HİK-i keçən Qurban Qurbanovun yetirmələri qitə miqyaslı turnirlərin qrupuna vəsiqəni təmin edib.

Ağdam təmsilçisi Finlandiya çempionunu keçməklə Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb. Bu raundda qələbə komandanı qitənin ikinci dərəcəli turnirinin qrupuna daşıyacaq. Pley-offdakı uğursuzluq isə çempionumuza Konfrans Liqasının qrupuna daşıyacaq.

Bunadək ardıcıl 9 dəfə avrokubokların qrupunda oynayan “Qarabağ” yubiley uğurunu rəsmiləşdirir. Təmsilçimiz 2017/18 mövsümündə Çempionlar, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda oynayıb.

Qeyd edək ki, “Qarabağ” HİK-ə hər iki matçda 2:1 hesabı ilə qalib gəlib.

0