Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda “Köhnə qitə”nin 420 ən güclü klubu yer alıb.
Azərbaycan sıralamada üç komanda ilə təmsil olunub. “Top-100”də yalnız “Qarabağ” qərarlaşıb.
Azərbaycan çempionu 216 xalla qitənin 81-cisidir. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.
33 xala malik “Neftçi” Avropada 218-cidir. Bakılılar 10 addımlıq irəliləyişə nail olub.
“Qəbələ” 5 xalla 363-cüdür. Azərbaycan kubokunun qalibi 17 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 2647 xala malik “Real” başçılıq edir.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama