"Qarabağ" 3 xal üçün meydana çıxır - YENİLƏNİR
06.04.2026 - 11:24
"Qarabağ" 3 xal üçün meydana çıxır - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasının 26-cı turu çərçivəsində daha bir oyun baş tutacaq. 

Apasport.az xəbər verir ki, ikinci oyun günündə "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri 3 xal qazanaraq çempionluq yarışından qopmamaq niyyətindədir. 

Liqanın dibinə "dəmir atan" Yevlax təmsilçisi isə bir möcüzə axtarışında olacaq. 

6 aprel

19:00. "Qarabağ" – "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Emin Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Rəhim Həsənov.
Tofiq Bəhramov adına Respublika Stadionu