“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
31.08.2023 - 21:55
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda cavab matçında mübarizə aparıb.

Ağdam klubu evdə “Olimpiya” ilə üz-üzə gəlib. Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bakıda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə qrupda çıxış edəcək. Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.

Avropa Liqası
Pley-off, cavab oyunu
31 avqust
20:00. "Qarabağ" (Azərbaycan) - "Olimpiya" (Sloveniya) - 1:1
Qollarr:
Toral Bayramov, 24 (pen.) - Kosta Pinto, 34
Baş hakim: Alexandro Ernandes (İspaniya)
"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
"Olimpiya": 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Aylaz Krefl, 10. Timi Elşnik (k), 23. Dioqo Pinto,  34. Aqustin Doffo, 99. Rui Pedro, 20. Nemanya Motika, 37. Pedro Lukas
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Maurisio, 8. Yustas Lasiçkas, 11. Saar Fedida, 9. Mustafa Nukiç, 15. Marko Ristiç, 33. Nemanya Qavriç, 16. Ahmet Muhamedbeqoviç, 17. Admir Bristiriç, 21. İvan Posaveç, 77. Aldin Yakupoviç. 
Baş məşqçi: Joao Enrikes.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:0

0