"Qarabağ" "Ayaks" matçına doğru: Tarixdə beçinci dəfə
24.10.2024 - 11:44
"Qarabağ" "Ayaks" matçına doğru: Tarixdə beçinci dəfə

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Qarabağ" doğma meydanda Niderland nəhənglərindən "Ayaks"ı qəbul edəcək. 

Apasport.az xəbər verir ki, bu, təmsilçimizin Niderland klubları ilə 5-ci görüşü olacaq.

Ağdam klubu daha əvvəl Avropa Liqasında 4 dəfə niderlandlılarla üz-üzə gəlib.

UEFA Avropa Liqasının 2009/10 mövsümünün pley-off mərhələsində "Qarabağ" "Tvente" ilə rəqib olub. Səfərdə 3:1 hesabı ilə məğlub olan komandamız, Bakıda qolsuz bərabərliyə razı olub. 

2014/15 mövsümündə eyni turnirin eyni mərhələsində komandalar yenidən üz-üzə gəliblər. Bakıda yenə qolsuz bərabərliklə nəticələnən matçın cavab görüşündə "Qarabağ" 1:1 hesablı üstünlük əldə edib və səfərdə vurduğu qola görə qrup mərhələsinə vəsiqə qazanıb.

Bakıda niderlandlılara qarşı uğurlu çıxışı ilə yadda qalan Azərbaycan çempionu bu gün Avropa Liqasının əsas mərhələsində ilk xalını qazanmaq üçün meydana çıxacaq. 

Qeyd edək ki, "Qarabağ"-"Ayaks" matçının start fiti saat 20:45-də səsləndiriləcək.

0