"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda "Sabah"la keçiriləcək oyuna gəlmək istəyən azarkeşlərinə müraciət edib.
Apasport.az xəbər verir ki, Ağdam klubu xanım azarkeşlərinin və stadiona "Qarabağ" forması ilə gələcək fanatlara biletlərin pulsuz veriləcəyini daha əvvəl açıqlamışdı.
Bildirilib ki, istənilən halda stadiona giriş biletlə olacaq. Forma ilə gələn azarkeşlərə bilet hədiyyə olunur, amma bilet mütləq əvvəlcədən götürülməlidir. Xanım azarkeşlər üçün giriş pulsuzdur, lakin bilet əldə etmək vacibdir.
Biletləri 17, 18 aprel tarixlərində: Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından və klubun Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən fanşopundan əldə etmək mümkündür.
Qeyd edək ki, qarşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq..
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."