Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır. Biletləri "iticket.az"ın satış məntəqələrindən, “Qarabağ”ın "Park Bulvar"dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”