“Qarabağ” – “Braqa” oyunu üçün satılan biletlərin sayı açıqlandı
17.02.2024 - 18:54
“Qarabağ” – “Braqa” oyunu üçün satılan biletlərin sayı açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Klubdan apasport.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matça 26 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

0