"Qarabağ" braziliyalı ilə razılığa gəldi - Qaldı rəsmi müqavilə
02.10.2025 - 19:48
“Qarabağ” legioneri Mateuş Silvanın müqaviləsini uzatmaq niyyətindədir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi artıq braziliyalı futbolçu ilə sözləşmə barədə danışıqlara start verib.
Tərəflər arasında böyük ölçüdə razılıq əldə olunduğu bildirilib.
27 yaşlı sağ cinah müdafiəçisinin Azərbaycan çempionu ilə mövcud müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, “Qarabağ” Mateuşu 2023-cü ildə Bolqarıstanın “Lokomotiv Plovdiv” klubundan 280 min avro qarşılığında heyətinə qatmışdı.
- Premyer Liqada klub sayı artırıla bilər - STADİON MƏSƏLƏSİ HƏLL OLSA...
- "AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil"
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
28
4